Məhəmməd TürkmənJurnalist · Fotoreportyor · Redaktor
Məhəmməd Türkmən cəbhə bölgəsində, PRESS dəbilqəsi və jiletində

Jurnalist · Fotoreportyor · Redaktor

Məhəmməd Türkmən

2011-ci ildən jurnalistikada. Cəbhə və böhran bölgələrindən reportajlar, maliyyə piramidaları və kibercinayətkarlıq üzrə araşdırmalar, sahə fotoqrafiyası.

Aşağı sürüşdürün
  • 4000+ Hazırlanmış reportaj
  • 15+ İl sahə təcrübəsi
  • 300+ Haqqımda yazılan yazı
  • 50+ İştirak etdiyim təlim

Haqqımda

Sahədən yazan jurnalist

Reportaj mənim üçün masa arxasında deyil, hadisənin baş verdiyi yerdə başlayır.

Məhəmməd Türkmənin portreti, 2018

Qısa məlumat

Doğum
17 oktyabr 1990, Marı, Türkmənistan
Yaşayır
Bakı, Azərbaycan
Peşə
Jurnalist, fotoreportyor, redaktor, veb developer
Dillər
Azərbaycan, Türk, Rus
Hazırkı vəzifə
Minval.Info baş redaktoru · TV Musavat baş efir rejissoru · "Yeni Müsavat" Media Qrupu - IT Support
Mükafat
Fotoqrafiya və media fəaliyyəti ilə bağlı onlarla sertifikat sahibidir / Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025) yubiley medalı ilə təltif olunub

Məhəmməd Meretgeldi oğlu Türkmən 17 oktyabr 1990-cı ildə Türkmənistanın Marı şəhərində anadan olub. Uşaqlığının bir hissəsi Marıda, bir hissəsi isə Azərbaycanın Salyan rayonunda keçib.

2011-ci ildən jurnalistikada çalışır. BakuNews, Kanal 13, Elitar.az kimi internet televiziyaları və bir sıra saytlar üçün reportyor işləyib. 2013-cü ilin oktyabrından “Yeni Müsavat” qəzetində fotomüxbir kimi fəaliyyətə başlayıb və həmin gündən bu yana Yeni Müsavat Media Qrupunun xüsusi müxbiridir.

Ekstremal şəraitlər və sosial mövzularda reportajlar hazırlayır. 2016-cı ildə “Ekstremal jurnalistlər üçün praktiki poliqon təlimləri”ndə iştirak edərək diplom alıb. Gərginliklərin və lokal döyüşlərin başladığı ilk günlərdən cəbhə bölgəsinə gedən jurnalistlərdən biri olub: Avqust döyüşləri, Aprel döyüşləri, Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi.

2018-ci ilin yanvarında Minval.Info xəbər saytının baş redaktoru təyin olunub. 2019-cu ildən TV Musavat internet kanalının baş efir rejissorudur.

Jurnalistika ilə yanaşı fotoqrafiya ilə də məşğuldur. Fotoları müxtəlif müsabiqələrdə qalib gəlib, beynəlxalq media orqanlarında dərc olunub. 2016-cı ildə müəllifi və ideya qurucusu olduğu Fotoqraflar.info onlayn foto-təhsil və foto-xəbər portalını işə salıb.

2020-ci ildə Bakıda keçirilən brifinqdə “Davam” Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub. Hərəkatda Azərbaycanın gənc jurnalistlərini təmsil edib.

Son illərdə onlayn dələduzluq, maliyyə piramidaları və kibercinayətkarlıq mövzusunda araşdırmalar aparır. Bu araşdırmalardan biri “MoveShort” platformasının bağlanması ilə nəticələnib. “Any Unboxing” maliyyə piramidası ilə bağlı araşdırmasından sonra isə sxem ifşa olunub, sayt qapadılıb və rəhbərliyi həbs edilib. Hazırda Azərbaycanda bu sahədə araşdırma aparan yeganə jurnalistdir.

Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025) yubiley medalı ilə təltif olunub.

Hazırda Bakıda yaşayır. Heç bir partiyanın üzvü deyil. Jurnalist Könül İbrahimlə ailəlidir, Nur adında qızı var.

Cəbhə bölgəsində işləmək mənim üçün fəxrdir.

Modern.az müsahibəsi, 23 oktyabr 2020

Karyera

Yol xəritəsi

2011-ci ildən bu günə qədər peşə yolunun əsas dayanacaqları.

  1. 2011

    Jurnalistikaya başlayıb

    BakuNews, Kanal 13, Elitar.az kimi internet televiziyaları və bir sıra saytlar üçün reportyor kimi çalışıb. Yerli və beynəlxalq jurnalistika təlimlərində iştirak edib.

  2. Oktyabr 2013

    “Yeni Müsavat” — fotomüxbir

    “Yeni Müsavat” qəzetində fotomüxbir kimi fəaliyyətə başlayıb.

  3. 2014

    Peşə fəaliyyətində çətinliklər

    Məhkəmə qərarından sonra başlayan aksiyanı işıqlandırarkən saxlanılan dörd jurnalistdən biri olub; Mətbuat Şurasının müraciətindən sonra azadlığa buraxılıb. Peşə fəaliyyətini yerinə yetirərkən dəfələrlə saxlanılıb və hücumlara məruz qalıb. Hətta müharibə zamanı cəbhə bölgəsində fotoaparatı əlindən alınıb və qaytarılmayıb. Yüzlərlə reportaj, müsahibə və xəbər hazırlayıb.

  4. Avqust 2014

    Avqust döyüşləri — ilk cəbhə təcrübəsi

    Cəbhə xəttində gərginliyin artdığı günlərdə döyüş bölgəsində işləyən azsaylı jurnalistlərdən biri olub.

  5. Aprel 2016

    Aprel döyüşləri · ekstremal jurnalistika təlimi

    Aprel döyüşlərini cəbhə bölgəsindən işıqlandırıb. Həmin il “Ekstremal jurnalistlər üçün praktiki poliqon təlimləri”ni bitirərək diplom alıb və Azərbaycanda analoqu olmayan Fotoqraflar.info foto-təhsil portalını qurub.

  6. Yanvar 2018

    Minval.Info — baş redaktor

    Yeni Müsavat Media Qrupunun tərkibində fəaliyyət göstərən Minval.Info xəbər saytının baş redaktoru təyin olunub.

  7. 2019

    TV Musavat — baş efir rejissoru

    TV Musavat internet kanalının baş efir rejissoru vəzifəsinə başlayıb. Universitetlərdə media və informasiya savaşı mövzusunda mühazirələrlə çıxış edib.

  8. İyul 2020

    Tovuz döyüşləri

    Tovuz istiqamətində gedən döyüşləri işıqlandırmaq üçün ilk gündən orada olub. Günlərlə aktiv zonadan xəbərlər, reportajlar hazırlayıb.

  9. Sentyabr–Noyabr 2020

    44 günlük Vətən müharibəsi

    Redaksiyanın ən təcrübəli müxbiri kimi müharibəni cəbhədən işıqlandırıb: Tərtər, Bərdə, Gəncə, Füzuli, Cəbrayıl, Zəngilan və Şuşa. Çəkdiyi fotolar beynəlxalq media orqanlarında dərc olunub.

  10. 2020

    “Davam” Gənclər Hərəkatı

    Bakıda keçirilən brifinqdə “Davam” Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub. Hərəkatda Azərbaycanın gənc jurnalistlərini təmsil edib.

  11. 2022–2023

    Laçın yolundakı aksiya

    Laçın yolunda keçirilən aksiyanı yerindən işıqlandırıb; həmkarları ilə birlikdə uzun müddət sahədə işləyib.

  12. 2025

    Yubiley medalı

    Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025) yubiley medalı ilə təltif olunub.

  13. 2026

    Araşdırmacı jurnalistika

    Onlayn dələduzluq, maliyyə piramidaları və kibercinayətkarlıq üzrə araşdırmalar. “Any Unboxing” və “MoveShort” piramidaları ifşa olunduqdan sonra saytları bağlanıb, “Any Unboxing”in rəhbərliyi həbs edilib.

Sahələr

Nə iş görürəm

Peşəkar fəaliyyətimin əsas istiqamətləri.

  • 01

    Müharibə və böhran reportajı

    Avqust döyüşləri, Aprel döyüşləri, Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi. Atəş altında sahə işi, təhlükəsizlik protokolları, canlı yayın və hadisə yerindən reportaj.

  • 02

    Araşdırmacı jurnalistika

    Maliyyə piramidaları, onlayn dələduzluq və kibercinayətkarlıq üzrə araşdırmalar. İfşalardan sonra platformalar bağlanıb, cinayət məsuliyyətinə cəlb olunanlar olub.

  • 03

    Fotojurnalistika

    Sahə fotoqrafiyası və foto-reportaj. Çəkdiyim şəkillər müxtəlif müsabiqələrdə qalib gəlib və beynəlxalq media orqanlarında dərc olunub.

  • 04

    Redaktorluq və media idarəetməsi

    Minval.Info-nun baş redaktoru kimi redaksiya rəhbərliyi: gündəlik planlama, komanda idarəçiliyi, redaktə standartları və onlayn nəşr prosesi.

  • 05

    İnternet televiziya və efir

    TV Musavat-ın baş efir rejissoru. İnternet TV və IPTV yayımı, canlı debat və verilişlərin aparılması, studiya və sahə yayımı.

  • 06

    Təlim və ictimai fəaliyyət

    Universitetlərdə media və informasiya savaşı mövzusunda mühazirələr, gənc jurnalistlər üçün təlimlər, “Davam” Gənclər Hərəkatında ictimai fəaliyyət.

Cəbhədən

Cəbhə xəttində

Cəbhə bölgəsi mənim üçün bir dəfəlik tapşırıq olmayıb. 2014-cü ilin Avqust döyüşlərindən başlayaraq, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin iyulunda Tovuz istiqamətində və nəhayət 44 günlük Vətən müharibəsində sahədə işləmişəm.

2020-ci ilin payızında redaksiya məni ən təcrübəli müxbir kimi cəbhəyə göndərdi. Bərdə və Gəncə raket zərbələri ən ağır günlər idi. Gəncədə zərbədən sonra küçədə qalmış balaca bir uşaq ayaqqabısını çəkdim — o fotonun arxasındakı ailə sağ qaldı. Füzulinin azad olunması mənim ad günümə düşdü; Şuşa isə yaddaşımda ən dərin iz buraxdı.

Cəbhəyə getməzdən əvvəl vəsiyyət yazmışdım. Kamera qarşısında və arxasında gözyaşlarımı saxlamağa çalışırdım, çünki işimiz baş verənləri görünən etmək idi.

Sonrakı illərdə də sahədən çəkilmədim: Laçın yolunda keçirilən aksiyanı da həmkarlarımla birlikdə yerindən işıqlandırdım.

Hətta vəsiyyət etmişdim, ölsəm ailəmə necə baxılacağı ilə belə maraqlanmışdım.

Modern.az müsahibəsi, 13 iyul 2021

Avqust döyüşləri 2014 · Aprel döyüşləri 2016 · Tovuz 2020 · Tərtər · Bərdə · Gəncə · Füzuli · Cəbrayıl · Zəngilan · Şuşa · Laçın yolu

Araşdırmalar

Maliyyə piramidaları və kibercinayətkarlıq

Araşdırmalarımın bir hissəsi. İfşalardan sonra bəzi platformalar bağlanıb, rəhbərliyi həbs edilib. Hazırda Azərbaycanda bu sahədə araşdırma aparan yeganə jurnalistəm.

Bütün araşdırmalarım — Musavat.com

Mətbuatda

Haqqımda yazılanlar

2013-cü ildən bu yana müsahibələr, xəbərlər və araşdırmalarıma istinadlar — mənbə nəşrlərə keçidlə.

Video

Ekranda

Canlı debatlar, reportajlar və veriliş yazıları.

Videonu oynatdıqda YouTube-un məzmunu yüklənir.

“Canlı debat” yayımına bax

Əlaqə

Yazın

Müsahibə, əməkdaşlıq, foto istifadəsi və ya təlim təklifləri üçün birbaşa yaza bilərsiniz.

Sosial şəbəkələr

Düymə e-poçt proqramınızı açacaq.