Jurnalist · Fotoreportyor · Redaktor
Məhəmməd Türkmən
2011-ci ildən jurnalistikada. Cəbhə və böhran bölgələrindən reportajlar, maliyyə piramidaları və kibercinayətkarlıq üzrə araşdırmalar, sahə fotoqrafiyası.
- 4000+ Hazırlanmış reportaj
- 15+ İl sahə təcrübəsi
- 300+ Haqqımda yazılan yazı
- 50+ İştirak etdiyim təlim
Haqqımda
Sahədən yazan jurnalist
Reportaj mənim üçün masa arxasında deyil, hadisənin baş verdiyi yerdə başlayır.
- Doğum
- 17 oktyabr 1990, Marı, Türkmənistan
- Yaşayır
- Bakı, Azərbaycan
- Peşə
- Jurnalist, fotoreportyor, redaktor, veb developer
- Dillər
- Azərbaycan, Türk, Rus
- Hazırkı vəzifə
- Minval.Info baş redaktoru · TV Musavat baş efir rejissoru · "Yeni Müsavat" Media Qrupu - IT Support
- Mükafat
- Fotoqrafiya və media fəaliyyəti ilə bağlı onlarla sertifikat sahibidir / Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025) yubiley medalı ilə təltif olunub
- Layihələr
- Fotoqraflar.info · rundizayn.com
Qısa məlumat
Məhəmməd Meretgeldi oğlu Türkmən 17 oktyabr 1990-cı ildə Türkmənistanın Marı şəhərində anadan olub. Uşaqlığının bir hissəsi Marıda, bir hissəsi isə Azərbaycanın Salyan rayonunda keçib.
2011-ci ildən jurnalistikada çalışır. BakuNews, Kanal 13, Elitar.az kimi internet televiziyaları və bir sıra saytlar üçün reportyor işləyib. 2013-cü ilin oktyabrından “Yeni Müsavat” qəzetində fotomüxbir kimi fəaliyyətə başlayıb və həmin gündən bu yana Yeni Müsavat Media Qrupunun xüsusi müxbiridir.
Ekstremal şəraitlər və sosial mövzularda reportajlar hazırlayır. 2016-cı ildə “Ekstremal jurnalistlər üçün praktiki poliqon təlimləri”ndə iştirak edərək diplom alıb. Gərginliklərin və lokal döyüşlərin başladığı ilk günlərdən cəbhə bölgəsinə gedən jurnalistlərdən biri olub: Avqust döyüşləri, Aprel döyüşləri, Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi.
2018-ci ilin yanvarında Minval.Info xəbər saytının baş redaktoru təyin olunub. 2019-cu ildən TV Musavat internet kanalının baş efir rejissorudur.
Jurnalistika ilə yanaşı fotoqrafiya ilə də məşğuldur. Fotoları müxtəlif müsabiqələrdə qalib gəlib, beynəlxalq media orqanlarında dərc olunub. 2016-cı ildə müəllifi və ideya qurucusu olduğu Fotoqraflar.info onlayn foto-təhsil və foto-xəbər portalını işə salıb.
2020-ci ildə Bakıda keçirilən brifinqdə “Davam” Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub. Hərəkatda Azərbaycanın gənc jurnalistlərini təmsil edib.
Son illərdə onlayn dələduzluq, maliyyə piramidaları və kibercinayətkarlıq mövzusunda araşdırmalar aparır. Bu araşdırmalardan biri “MoveShort” platformasının bağlanması ilə nəticələnib. “Any Unboxing” maliyyə piramidası ilə bağlı araşdırmasından sonra isə sxem ifşa olunub, sayt qapadılıb və rəhbərliyi həbs edilib. Hazırda Azərbaycanda bu sahədə araşdırma aparan yeganə jurnalistdir.
Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025) yubiley medalı ilə təltif olunub.
Hazırda Bakıda yaşayır. Heç bir partiyanın üzvü deyil. Jurnalist Könül İbrahimlə ailəlidir, Nur adında qızı var.
Cəbhə bölgəsində işləmək mənim üçün fəxrdir.
Modern.az müsahibəsi, 23 oktyabr 2020
Karyera
Yol xəritəsi
2011-ci ildən bu günə qədər peşə yolunun əsas dayanacaqları.
-
2011
Jurnalistikaya başlayıb
BakuNews, Kanal 13, Elitar.az kimi internet televiziyaları və bir sıra saytlar üçün reportyor kimi çalışıb. Yerli və beynəlxalq jurnalistika təlimlərində iştirak edib.
-
Oktyabr 2013
“Yeni Müsavat” — fotomüxbir
“Yeni Müsavat” qəzetində fotomüxbir kimi fəaliyyətə başlayıb.
-
2014
Peşə fəaliyyətində çətinliklər
Məhkəmə qərarından sonra başlayan aksiyanı işıqlandırarkən saxlanılan dörd jurnalistdən biri olub; Mətbuat Şurasının müraciətindən sonra azadlığa buraxılıb. Peşə fəaliyyətini yerinə yetirərkən dəfələrlə saxlanılıb və hücumlara məruz qalıb. Hətta müharibə zamanı cəbhə bölgəsində fotoaparatı əlindən alınıb və qaytarılmayıb. Yüzlərlə reportaj, müsahibə və xəbər hazırlayıb.
-
Avqust 2014
Avqust döyüşləri — ilk cəbhə təcrübəsi
Cəbhə xəttində gərginliyin artdığı günlərdə döyüş bölgəsində işləyən azsaylı jurnalistlərdən biri olub.
-
Aprel 2016
Aprel döyüşləri · ekstremal jurnalistika təlimi
Aprel döyüşlərini cəbhə bölgəsindən işıqlandırıb. Həmin il “Ekstremal jurnalistlər üçün praktiki poliqon təlimləri”ni bitirərək diplom alıb və Azərbaycanda analoqu olmayan Fotoqraflar.info foto-təhsil portalını qurub.
-
Yanvar 2018
Minval.Info — baş redaktor
Yeni Müsavat Media Qrupunun tərkibində fəaliyyət göstərən Minval.Info xəbər saytının baş redaktoru təyin olunub.
-
2019
TV Musavat — baş efir rejissoru
TV Musavat internet kanalının baş efir rejissoru vəzifəsinə başlayıb. Universitetlərdə media və informasiya savaşı mövzusunda mühazirələrlə çıxış edib.
-
İyul 2020
Tovuz döyüşləri
Tovuz istiqamətində gedən döyüşləri işıqlandırmaq üçün ilk gündən orada olub. Günlərlə aktiv zonadan xəbərlər, reportajlar hazırlayıb.
-
Sentyabr–Noyabr 2020
44 günlük Vətən müharibəsi
Redaksiyanın ən təcrübəli müxbiri kimi müharibəni cəbhədən işıqlandırıb: Tərtər, Bərdə, Gəncə, Füzuli, Cəbrayıl, Zəngilan və Şuşa. Çəkdiyi fotolar beynəlxalq media orqanlarında dərc olunub.
-
2020
“Davam” Gənclər Hərəkatı
Bakıda keçirilən brifinqdə “Davam” Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub. Hərəkatda Azərbaycanın gənc jurnalistlərini təmsil edib.
-
2022–2023
Laçın yolundakı aksiya
Laçın yolunda keçirilən aksiyanı yerindən işıqlandırıb; həmkarları ilə birlikdə uzun müddət sahədə işləyib.
-
2025
Yubiley medalı
Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025) yubiley medalı ilə təltif olunub.
-
2026
Araşdırmacı jurnalistika
Onlayn dələduzluq, maliyyə piramidaları və kibercinayətkarlıq üzrə araşdırmalar. “Any Unboxing” və “MoveShort” piramidaları ifşa olunduqdan sonra saytları bağlanıb, “Any Unboxing”in rəhbərliyi həbs edilib.
Sahələr
Nə iş görürəm
Peşəkar fəaliyyətimin əsas istiqamətləri.
-
01
Müharibə və böhran reportajı
Avqust döyüşləri, Aprel döyüşləri, Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi. Atəş altında sahə işi, təhlükəsizlik protokolları, canlı yayın və hadisə yerindən reportaj.
-
02
Araşdırmacı jurnalistika
Maliyyə piramidaları, onlayn dələduzluq və kibercinayətkarlıq üzrə araşdırmalar. İfşalardan sonra platformalar bağlanıb, cinayət məsuliyyətinə cəlb olunanlar olub.
-
03
Fotojurnalistika
Sahə fotoqrafiyası və foto-reportaj. Çəkdiyim şəkillər müxtəlif müsabiqələrdə qalib gəlib və beynəlxalq media orqanlarında dərc olunub.
-
04
Redaktorluq və media idarəetməsi
Minval.Info-nun baş redaktoru kimi redaksiya rəhbərliyi: gündəlik planlama, komanda idarəçiliyi, redaktə standartları və onlayn nəşr prosesi.
-
05
İnternet televiziya və efir
TV Musavat-ın baş efir rejissoru. İnternet TV və IPTV yayımı, canlı debat və verilişlərin aparılması, studiya və sahə yayımı.
-
06
Təlim və ictimai fəaliyyət
Universitetlərdə media və informasiya savaşı mövzusunda mühazirələr, gənc jurnalistlər üçün təlimlər, “Davam” Gənclər Hərəkatında ictimai fəaliyyət.
Cəbhədən
Cəbhə xəttində
Cəbhə bölgəsi mənim üçün bir dəfəlik tapşırıq olmayıb. 2014-cü ilin Avqust döyüşlərindən başlayaraq, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin iyulunda Tovuz istiqamətində və nəhayət 44 günlük Vətən müharibəsində sahədə işləmişəm.
2020-ci ilin payızında redaksiya məni ən təcrübəli müxbir kimi cəbhəyə göndərdi. Bərdə və Gəncə raket zərbələri ən ağır günlər idi. Gəncədə zərbədən sonra küçədə qalmış balaca bir uşaq ayaqqabısını çəkdim — o fotonun arxasındakı ailə sağ qaldı. Füzulinin azad olunması mənim ad günümə düşdü; Şuşa isə yaddaşımda ən dərin iz buraxdı.
Cəbhəyə getməzdən əvvəl vəsiyyət yazmışdım. Kamera qarşısında və arxasında gözyaşlarımı saxlamağa çalışırdım, çünki işimiz baş verənləri görünən etmək idi.
Sonrakı illərdə də sahədən çəkilmədim: Laçın yolunda keçirilən aksiyanı da həmkarlarımla birlikdə yerindən işıqlandırdım.
Hətta vəsiyyət etmişdim, ölsəm ailəmə necə baxılacağı ilə belə maraqlanmışdım.
Modern.az müsahibəsi, 13 iyul 2021
Avqust döyüşləri 2014 · Aprel döyüşləri 2016 · Tovuz 2020 · Tərtər · Bərdə · Gəncə · Füzuli · Cəbrayıl · Zəngilan · Şuşa · Laçın yolu




Araşdırmalar
Maliyyə piramidaları və kibercinayətkarlıq
Araşdırmalarımın bir hissəsi. İfşalardan sonra bəzi platformalar bağlanıb, rəhbərliyi həbs edilib. Hazırda Azərbaycanda bu sahədə araşdırma aparan yeganə jurnalistəm.
- TİK-TOKDA KİBER-QULDURLUQ: “Ucuz internet” tələsi ilə vətəndaşlar soyulur — XÜSUSİ ARAŞDIRMA TikTok üzərindən qurulan “ucuz internet” tələsi: vətəndaşların kartlarının necə boşaldıldığı və şəbəkənin arxasında kimlərin dayandığı. Araşdırmanı oxu
- Qara milyardların izi: Türkiyəni sarsıdan maliyyə şəbəkələri necə ifşa edildi? Türkiyəni sarsıdan maliyyə şəbəkələrinin iş sxemi, pulun hərəkəti və ifşanın necə baş verdiyi. Araşdırmanı oxu
- “Greenleaf Global” nə satır: məhsul, yoxsa qazanc vədi? — Çində qadağan edilən sistem Bakıda necə işləyir? Çində qadağan edilmiş sistemin Bakıdakı fəaliyyəti: məhsul satışı pərdəsi altında qurulan qazanc vədi zənciri. Araşdırmanı oxu
- “MoveShort” maliyyə piramidası çökdü: ifşadan sonra saytlar bağlandı Araşdırmadan sonra platformanın bütün saytları bağlandı — piramidanın çöküşü və arxasında qalanlar. Araşdırmanı oxu
- X-NERA araşdırması: Maneki Neko izləri, piramida xəbərdarlığı və ŞOK FAKTLAR X-NERA-nın arxasındakı izlər, Maneki Neko ilə bağlantı və investorlara ünvanlanan piramida xəbərdarlığı. Araşdırmanı oxu
- “MoveShort” piramidasının ifşası — yeni həbslər olacaq Platformanın iş sxemi, pul axını və məsuliyyət daşıyanların dairəsi: ifşanın ilk hissəsi. Araşdırmanı oxu
- TikTok-un qaranlıq üzü: milyonları hədəf alan fırıldaq şəbəkəsi — ŞOK ARAŞDIRMA TikTok üzərindən işləyən fırıldaq şəbəkəsinin quruluşu, hədəf seçimi və milyonların hara axdığı. Araşdırmanı oxu
- “FM Network” piramidadır? — geniş araşdırma (ŞOK FAKTLAR) “FM Network”-ün strukturu, gəlir vədləri və klassik piramida əlamətləri ilə üst-üstə düşən cəhətləri. Araşdırmanı oxu
- “Any Unboxing” fırıldağının sonu: Musavat.com yazdı, piramida çökdü! Araşdırmadan sonra “Any Unboxing” ifşa olundu, sayt bağlandı və rəhbərliyi həbs edildi. Araşdırmanı oxu
- “Any Unboxing” piramidasının ifşası — yeni həbslər olacaq Minlərlə istifadəçini cəlb edən “Any Unboxing” sxeminin ilk ifşası və sonrakı həbslərin başlanğıcı. Araşdırmanı oxu
Mətbuatda
Haqqımda yazılanlar
2013-cü ildən bu yana müsahibələr, xəbərlər və araşdırmalarıma istinadlar — mənbə nəşrlərə keçidlə.
- Musavat.com17.07.2026 Dələduzları reklam edənlər niyə məsuliyyət daşımır? — “Any Unboxing” qalmaqalı bitmədi AraşdırmaMənbəyə keç
- Musavat.com11.07.2026 Kibirli dələduzlar, kiberdələduzlar… — araşdırmaya istinad AraşdırmaMənbəyə keç
- Modern.az13.07.2021 “Yeni Müsavat”ın savaş müxbiri: “Hətta vəsiyyət etmişdim, ölsəm ailəmə necə baxılacağı ilə belə maraqlanmışdım” — MÜSAHİBƏ MüsahibəMənbəyə keç
- 525-ci qəzet21.04.2021 “Davam” Gənclər Hərəkatının yeni üzvləri ilə daha bir görüş XəbərMənbəyə keç
- Oxu.az12.04.2021 “Davam” Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib — FOTO XəbərMənbəyə keç
- Report.az2021 30 yaşlı “Yeni Müsavat”dan — REPORTAJ VideoMənbəyə keç
- Modern.az23.10.2020 Cəbhə müxbiri: “Döyüş bölgəsində işləmək mənim üçün fəxrdir” — MÜSAHİBƏ MüsahibəMənbəyə keç
- Bizim.media02.11.2020 “Davam” Ümumrespublika Gənclər Hərəkatı yaradıldı — FOTO XəbərMənbəyə keç
- Demokrat.az2020 Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olundu — FOTOLAR XəbərMənbəyə keç
- Yenisabah.az2020 Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olundu — FOTO XəbərMənbəyə keç
- Musavat.com06.08.2020 Jurnalist Məhəmməd Türkmən: “Atəş altında həm erməni, həm koronavirusla mübarizə aparırdıq” MüsahibəMənbəyə keç
- Azia.az08.2020 Jurnalist Məhəmməd Türkmən: “Atəş altında həm erməni, həm koronavirusla mübarizə aparırdıq” MüsahibəMənbəyə keç
- Musavat.com16.07.2020 Döyüş bölgəsindən dönən reportyorlarımız “Canlı debat”da — Məhəmməd Türkmən və İlkin Muradov danışır VideoMənbəyə keç
- Musavat.com22.06.2020 “Peşəmiz müğənnilik kimi hər kəsin əldə edə biləcəyi sahə deyil” — jurnalistlərdən meyxanaçıya cavab XəbərMənbəyə keç
- Musavat.com2020 “New Media Hub” platforması çərçivəsində təlimlər davam edir — FOTO TədbirMənbəyə keç
- ADU — Azərbaycan Dillər Universiteti10.04.2019 “Aprel döyüşlərində informasiya savaşı” mövzusunda tədbir keçirilib TədbirMənbəyə keç
- Musavat.com10.01.2018 Məhəmməd Türkmən sayt rəhbəri oldu — FOTOLAR XəbərMənbəyə keç
- Interpress.az10.01.2018 Məhəmməd Türkmən sayt rəhbəri oldu — FOTOLAR XəbərMənbəyə keç
- AzEuroNews.com12.01.2018 Məhəmməd Türkmən sayt rəhbəri oldu XəbərMənbəyə keç
- Topxeber.az23.05.2018 “Bura qocaların girişi qadağandır” — gənc jurnalistlərin yeni layihəsindən REPORTAJ XəbərMənbəyə keç
- Musavat.com12.07.2017 “Yeni Müsavat”ın əməkdaşı ən yaxşılar arasında — FOTOLAR XəbərMənbəyə keç
- Azadlıq Radiosu01.08.2017 Niyə jurnalist körpəsinə “idmançı ol” deyir? MüsahibəMənbəyə keç
- Trend.az21.10.2017 “FotoMən” fotoqrafiya kursunun açılış mərasimi keçirilib — FOTO TədbirMənbəyə keç
- 1news.az22.10.2017 Bakıda “FotoMən” fotoqrafiya kursları başlayıb — FOTO TədbirMənbəyə keç
- Sherg.az30.06.2017 “Fotolar əhəmiyyətlidir” — fotojurnalistika haqqında MüsahibəMənbəyə keç
- Musavat.com17.09.2016 Ekstremal jurnalistika üzrə təlimlərdə iştirak edənlər təltif olundu — FOTOLAR XəbərMənbəyə keç
- Azadlıq Radiosu21.09.2015 “Jurnalistlərə hücum olub” XəbərMənbəyə keç
- Amerikanın Səsi (VOA)21.09.2015 “Yeni Müsavat” qəzetinin müxbirləri zorakılığa məruz qalıb — VİDEO VideoMənbəyə keç
- Musavat.com06.05.2014 Musavat.com-un əməkdaşı və daha 3 jurnalist azadlığa buraxıldı — FOTOLAR XəbərMənbəyə keç
- Musavat.com14.05.2014 “Axtarıb tapmalı olduğum bir atam və bir uşağım var” — MÜSAHİBƏ MüsahibəMənbəyə keç
- BBC Azərbaycanca29.10.2013 Məhkəmədə saxlanılanlara cinayət işi açılıb — jurnalistlərin saxlanılması XəbərMənbəyə keç
- Fotoqraflar.info2016 Fotoqraflar.info — təsisçi və ideya müəllifi ProfilMənbəyə keç
- Vikipediya Məhəmməd Türkmən — Azərbaycan Vikipediyası ProfilMənbəyə keç
Video
Ekranda
Canlı debatlar, reportajlar və veriliş yazıları.
Videonu oynatdıqda YouTube-un məzmunu yüklənir.
Qalereya
Sahədən kadrlar
Şəkilə klikləyərək böyüdə bilərsiniz.
Əlaqə
Yazın
Müsahibə, əməkdaşlıq, foto istifadəsi və ya təlim təklifləri üçün birbaşa yaza bilərsiniz.
- MəkanBakı, Azərbaycan
- E-poçtofficial@mahammadturkman.com
- Telefon+994 50 309 81 48
- DillərAzərbaycan · Türk · Rus
Sosial şəbəkələr